İki avtomobili toqquşub, ölən və yaralanan var

İki avtomobili toqquşub, ölən və yaralanan var
21:05 26 Mart 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Masallıda ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının Təzə Alvadı kəndindən keçən hissəsində qeydə alınıb.

Cəlilabad rayonu Göytəpə şəhər sakini, 1981-ci il təvəllüdlü Mirqoşqar Mürsəlov Mirşamil oğlu idarə etdiyi "VAZ 21011" markalı avtomobillə Masallı rayonu Seybətin kənd sakini, 1980-cı il təvəllüdlü Rəhim İsmayılov Əlifağa oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomaşını toqquşub.
 
Nəticədə "VAZ"-ın sürücüsü M.Mürsəlov hadisə yerində dünyasını dəyişib. R.İsmayılov ağır vəziyyətdə masallı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.Onun vəziyyətinin orta ağır olduğu deyilir.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/529223.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR