Azərbaycanda qaraciyərini və böyrəyini dəyişdirən insanların sayı açıqlandı

Azərbaycanda qaraciyərini və böyrəyini dəyişdirən insanların sayı açıqlandı
21:27 26 Mart 2017
244 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda ötən il orqan transplantasiyası həyata keçirən xəstələrin sayı açıqlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 2016-cı ildə 63 nəfərə böyrək köçürülüb. Hazırda Azərbaycanda böyrək köçürülməsi əməliyyatı olunmuş 848 nəfər immunosuppressiv dərman preparatları ilə təmin olunur.

Ötən il ərzində Azərbaycanda 18 nəfərə isə qaraciyər köçürülüb. Bununla yanaşı, 76 xəstəyə endoprotezləşmə əməliyyatı, 26 uşağa koxlear implantasiya əməliyyatı olunub.

2016-cı ildə yalnız Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində 1000-ə yaxın açıq ürək əməliyyatı icra olunub. Onların 244-ü uşaqlar üzərində aparılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/529227.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR