Minik avtomobili yanıb

Minik avtomobili yanıb
21:37 26 Mart 2017
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Ucarda "VAZ" markalı minik avtomobili yanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axsam saatlarında rayonun Qarabörk kəndində baş verib.

1976-cı il təvəllüdlü Kamaləddin Şəmsəddin oğlu Yusifova məxsus " VAZ-2106" markalı maşın qəflətən alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.
 
Hadisə zamanı avtomobilin mühərrik və ban hissəsi yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində minik avtomobilinin qalan hissəsi və yaxınlıqdaki tikililər mühafizə olunub. Fakt araşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/529226.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR