Avtomobil piyadanı vurub

Avtomobil piyadanı vurub
21:47 26 Mart 2017
137 Ölkə
Ölkə mətbuatı
A- A+

Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axsam saatlarında Bakı-Qazax əsas magistral yolunun 180-cı kilometrliyində, Kürdəmir rayonunun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Qax rayon sakini, 1981-ci il təvəllüdlü Rasul Namiq oğlu Yusifov idarə etdiyi  "Mercedes" markalı yük maşını ilə yolu keçən piyada 1998-ci il təvəllüdlü Hilal Kamal oğlu  Qəniyevi vurub.
 
Ağır xəsarətlər alan piyada Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.  Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və təhqiqat Şöbəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/529232.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR