Kürdəmirdə maşın 19 yaşlı oğlanı vurdu

Kürdəmirdə maşın 19 yaşlı oğlanı vurdu
21:49 26 Mart 2017
139 Digər
Ölkə mətbuatı
A- A+

Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axsam saatlarında Bakı-Qazax əsas magistral yolunun 180 -cı kilometrliyində, Kürdəmir  rayonunun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

 

Qax rayon sakini, 1981-ci il təvəllüdlü Rasul Namiq oğlu Yusifov idarə etdiyi  "Mercedes" markalı yük maşını ilə yolu keçən piyada 1998-ci il təvəllüdlü Hilal Kamal oğlu  Qəniyevi vurub.

 

Ağır xəsarətlər alan piyada Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.  Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və təhqiqat Şöbəsində araşdırma aparılır.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270587

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR