Almanların rekordu Bakıda QIRILDI

Almanların rekordu Bakıda QIRILDI
21:57 26 Mart 2017
129 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Almaniya yığmasını qəbul edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, oyunda ilk qol almanlardan gəlib - 19-cu dəqiqədə Andre Şürrle fərqlənib. 31-ci dəqiqədə Dmitri Nazarovun qapının sağ küncünə zərbəsi dəqiq olub - 1:1. Bu, təqribən son 9 ayda Almaniya komandasının buraxdığı ilk qol olub.

Lakin 5 dəqiqə sonra Tomas Müller yenidən rəqibi önə keçirib. İlk hissənin sonunda isə millimizi Mario Qomes məyus edib.

İkinci hissədə komandamız daha fəal oyun sərgiləsə də, 81-ci dəqiqədə qapıda daha bir qol görüb: A.Şürrle - 1:3.

Xatırladaq ki, millimiz növbəti oyununu iyunun 10-da Bakıda Şimali İrlandiya yığmasına qarşı keçirəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/529233.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR