"Qrupdan çıxacağımıza inanırıq" - Dəniz Yılmaz

"Qrupdan çıxacağımıza inanırıq" -   Dəniz Yılmaz
22:47 26 Mart 2017
127 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan milli komandasının futbolçusu Deniz Yılmaz Almaniya yığmasına evdə 1:4 hesabı ilə uduzduqları 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra brifinq keçirib.


- Sanki komanda yoldaşlarınla anlaşa bilmirdin...

- Xeyr, belə şey yoxdur.


- Azərbaycan millisinə böyük ümidlərlə cəlb edilsən də, ardıcıl ikinci oyuna start heyətdə başlamadın. Bu, sənin üçün problem olmadı?

- Xeyr, problem deyil. Baş məşqçi Robert Prosineçki necə qərar versə, ona hörmətlə yanaşacağam. Heyəti belə müəyyənləşdiribsə, bunun əleyhinə çıxa bilmərəm.


- Bir zamanlar Tomas Müllerlə Almaniya "Bavariya"sında birgə çıxış etmişdin. Onunla aranızda dialoqun oldu. Nədən söhbət etdiniz?

- Hələ dəyişən bir şey yoxdur. Müller köhnə komanda yoldaşımdır. Bir-birimizi yaxşı anlayırıq. Yenidən ünsiyyətdə olduğumuz üçün xoşbəxtik.


- Millinin qrupdan çıxma şanslarını necə dəyərləndirirsən?

- Pozitiv düşünürük. Hələ irəlidə çoxlu matçımız var. Qrupdan çıxacağımıza inanırıq.("Report")


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqrupdan-cxacamza-inanrqquot-t57142.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR