Sankt-Peterburqda etiraz aksiyası zamanı 130 nəfərdən çox adam saxlanılıb

Sankt-Peterburqda etiraz aksiyası zamanı 130 nəfərdən çox adam saxlanılıb
22:57 26 Mart 2017
167 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən etiraz aksiyası samanı 131 nəfər saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, icra hakimiyyəti ilə razılaşdırılmamış mitinq keçirməyə cəhd edən 131 nəfər saxlanılıb və polis idarəsinə aparılıb.

Məlumata görə, aksiyada 3 minədək insan iştirak edib.
 
Qeyd edək ki, bu gün Moskvada müxalif  "Tərəqqi" partiyasının  üzvləri icazəsiz etiraz aksiyası keçirməyə cəhd ediblər. Nəticədə 500 etirazçı saxlanılıb, 1 polis əməkdaşının yaralandığı bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/529243.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR