Milli komandamız Almaniyaya məğlub oldu

Bu gün milli komandamız DÇ-2018-in seçmə mərhələsində növbəti oyununa çıxıb.


Metbuat.az xəbər verir ki, millimiz dördqat dünya çempionuna qarşı meydana çıxıb. Doğma divarlar arasında keçiriləcək qarşılaşmanın fovariti Almaniya olub. Görüş Bakı vaxtı ilə 20:00-da Tofiq Bəhramov stadionunda baş tutub. Yığmamız almanlara 1:4 hesabı ilə uduzaraq 4-cü pilləyə düşüb

26 mart

DÇ-2018-in seçmə mərhələsi

C qrupu
20:00. Azərbaycan – Almaniya - 1:4
Qol: Andre Şürrle, 19 (0:1), Dmitri Nazarov, 31 (1:1), Tomas Müller, 35 (1:2), Mario Qomes, 45 (1:3), Şürrle, 80 (1:4)
Hakimlər: Daniele Orsato, Mauro Tonolini, Rikkardo di Fiore, Marko Quida (hamısı İtaliya)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

Azərbaycan: Kamran Ağayev, Pavel Paşayev, Rəşad Sadıqov (kapitan), Bədavi Hüseynov, Məhəmməd Mirzəbəyov, Qara Qarayev, Cavid Hüseynov, Rahid Əmirquliyev (Eddi İsrafilov, 87), Dmitri Nazarov, Əfran İsmayılov (Ruslan Qurbanov, 81), Ramil Şeydayev (Dəniz Yılmaz, 67)

Almaniya: Bernd Leno, Yonas Hektor, Benedikt Hövedes, Mats Hummels, Samii Xedira (kapitan), Yulian Draksler (Leroy Sane, 84), Toni Kroos (Sebastyan Runi, 89), Andre Şürrle, Tomas Müller, Yozua Kimmix, Mario Qomez (Məsut Özil, 60)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR