Yoahim Löv: "Maşallah"

Yoahim Löv: "Maşallah"
23:07 26 Mart 2017
132 İdman
Ölkə mətbuatı
A- A+

"DÇ-2018"in seçmə mərhələsində keçirdiyi ilk 4 oyunda qapısını toxunulmaz saxlayan Almaniya millisinin quru seriyası Bakıda qırılıb. Bakıda 4:1 hesablı qələbə qazanan almanları millimizin üzvü Dmitri Nazarov məyus edib.


Fanat.Az xəbər verir ki, rəqibin baş məşqçisi Yoahim Löv matçdan sonra quru seriyalarının qırılmasına münasibət bildirib: "Əlbəttə, istərdim ardıcıl 8-ci oyunda da qol buraxmayaq. Hiss edirəm ki, Azərbaycan inkişaf edir. Qoldan öncə də yaxşı təsir bağışlayırdılar. Topla yaxşı davranırlar. Maşallah! (gülür)".


Löv Renat Dadaşovun Azərbaycan millisini seçməsindən də danışıb: "Bəli, onu tanıyıram, 18 yaşı var, gəncdir. Azərbaycan millisi ondan fayda görəcək. “Bild”in nə yazdığından xəbərim yoxdu".


Qeyd edək ki, Almaniyanın "Bild" qəzeti Renat Dadaşovun millimizdə oynamaq üçün AFFA-dan 1 milyon dollar və ev aldığını yazıb.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-yoahim-lov-quotmaallahquot-t57143.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR