Robert Prosineçki: “Komandam əzmkar oyun nümayiş etdirdi”

Robert Prosineçki: “Komandam əzmkar oyun nümayiş etdirdi”
23:09 26 Mart 2017
108 Digər
Ölkə mətbuatı
A- A+

“Möhtəşəm atmosfer var idi. Buna görə də, azarkeşlərə minnətdarlıq edirəm”.

 

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib. DÇ-2018-in seçmə mərhələsində Almaniyanı qəbul edən yığmamız böyükhesablı məğlubiyyətə düçar olub – 1:4.

 

Matçdan sonra təşkil edilən mətbuat konfransında xorvatiyalı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: “Komandam yaxşı, əzmkar oyun nümayiş etdirdi. Kimə qarşı oynadığımızı bilirdik. Amma müdafiəyə oturmadıq, hücumlar da etdik. Almaniya səhvləri bağışlamır. Komandamızla fəxr etmək olar. Çünki belə rəqiblə çəkinmədən oynadılar, hücumlar etdilər. Komandamız bu gün maksimum gücünü ortaya qoydu. Kim peşəkar səviyyədə futbol oynayıbsa, məni başa düşər. Rəqib çox güclü idi. Almaniya millisinin oyunçuları həftədə iki dəfə yüksək səviyyədə oyun göstərirlər. Ölkə çempionatında və Çempionlar Liqasında iştirak edirlər. Bu komandanın dünya çempionu olması təsadüfi deyil”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270591

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR