Prosineçki 1 milyon dollarlıq fuğbolçunu niyə oynatmadı? - AÇIQLAMA

Prosineçki 1 milyon dollarlıq fuğbolçunu niyə oynatmadı? -   AÇIQLAMA
23:17 26 Mart 2017
145 İdman
Ölkə mətbuatı
A- A+

Milli komandamız "DÇ-2018"in seçmə mərhələsi çərçivəsində Almaniyanı qəbul edib və 1:4 hesabı ilə uduzub. AFFA-nın yenicə milliləşdirdiyi Renat Dadaşovun bu oyunda meydana çıxması gözlənilsə də, baş məşqçi Robert Prosineçki onun adını "18-liy"ə salmayıb.


Fanat.Az xəbər verir ki, xorvat mütəxəssis bunun səbəbini oyundan sonra açıqlayıb: "Renatın 18 yaşı var və ilk dəfə idi ki, milli ilə bir yerdədi. Çox istedadlıdı. Gələcəkdə onu yığmada daha çox görəcəyik. Renatın təcrübəsi azdı, bu gün oynamaq onun üçün tez olardı. Amma gələcəkdə mütləq şans veriləcək".


Qeyd edək ki, Almaniyanın "Bild" qəzeti Renat Dadaşovun millimizdə oynamaq üçün AFFA-dan 1 milyon dollar və ev aldığını yazıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-prosinecki-1-milyon-dollarlq-fubolcunu-niy-oynatmad-t57145.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR