"Bu oyunla hər bir rəqibi məğlub edərdik" - Robert Prosineçki

"Bu oyunla hər bir rəqibi məğlub edərdik" -   Robert Prosineçki
23:17 26 Mart 2017
139 İdman
Ölkə mətbuatı
A- A+

"Stadionda möhtəşəm atmosfer var idi. Azarkeşlərə minnətdarlğımı bildirirəm. Komandamız yaxşı, əzmkar oyun nümayəş etdirdi. Müdafiədə oturub, gizlənmədik. 90 dəqiqəni ümumilikdə götürsək, bu futbolçularla fəxr etmək olar". Fanat.Az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki deyib.


Xorvat mütəxəssis Almaniyaya 1:4 hesablı məğlubiyyətdən sonra mətbuat konfransı keçirib. Prosineçki fasiləyədək 1:1 hesabı qorunacağı şalda fərqi nəticənin qeydə alına biləcəyini bildirib: "Hesab 1:1 olarkən Əfran İsmayılov topu itirdi və qol oldu. Üçüncü qolda Mario Qomesə yaxın oynamaq lazım idi. Fasiləyə 1:1 hesabı ilə getsəydik, başqa cür də ola bilərdi. Amma komandamdan tam razıyam və onlarla fəxr edirəm. Çünki belə rəqiblə çəkinmədən oynadılar, hücumlar etdilər".


Xorvat məşqçi rəqibin çox üstün olduğunu deyib: "Almaniya bizdən daha üstün idi. Rəqibin futbolçuları Avropanın nəhəng klublarında çıxış edirlər. Komandamız bu gün maksimum gücünü ortaya qoydu. Kim peşəkar səviyyədə futbol oynayıbsa, məni başa düşər. Rəqib çox güclü idi. Almaniya millisinin oyunçuları həftədə iki dəfə yüksək səviyyədə oyun göstərirlər. Ölkə çempionatında və Çempionlar Liqasında iştirak edirlər. Bu komandanın dünya çempionu olması təsadüfi deyil".


Prosineçki "Oyun təcrübəsi olmayan futbolçular yenə start heyətində şans qazandılar. Əfran İsmayılov, Rahid Əmirquliyev və Qara Qarayev buna misaldı. Bu, oyunçu çatışmazlığından qaynaqlanır" sualına belə cavab verib: "Bu gün meydanda olanlar ən yaxşıları idi. Qara bu gün mənim üçün meydanın ən yaxşısı idi. Rahid də əzmkar oynadı. Əfran fərqli futbolçudu. 90 dəqiqə onu meydanda görməyə bilərsiniz, amma bir hərəkətlə nəsə edə bilir. Vurduğumuz qolda da onun əməyi danılmazdı".


Baş məşqçi "Bugünkü maksimum gücümüz Bakıda Çexiya və Şimali İrlandiyanı məğlub etmək üçün kifayət edəcək" sualını da caıablandırıb: "Almaniya olmasaydı, bu oyunla hər bir rəqibi məğlub edərdik".


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbu-oyunla-hr-bir-rqibi-mlub-edrdikquot-t57144.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR