Tramp Merkeldən Almaniyanın NATO qarşısındakı borcunu istəyib

Tramp Merkeldən Almaniyanın NATO qarşısındakı borcunu istəyib
23:22 26 Mart 2017
127 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp Angela Merkelə Ağ evdə bu yaxınlardakı görüşü zamanı Almaniya kanslerinə $ 375 mlrd. məbləğində hesab təqdim edib.

Trend-in İnterfaks agentliyinə istinadən verdiyi məlumata görə, bu NATO-nun Almaniyanın müdafiəsinə üçün xərclədiyi vəsaitə dair Berlinin NATO qabağındakı borcudur.

Almaniya hökümətindəki mənbə borc tələbinin olduğu faktını təstiq edib, lakin bunun "qəbuledilməz" olduğunu bildirib.

Məlumata görə, Merkelin Vaşinqtona səfərləri zamanı amerikalı lider sənədi şəxsən ona təqdim edib. 

"Bu cür tələblər niyyəti başqa ölkəni qorxutmaqdır, lakin kansler bunu sakit qarşılayıb və bu təxribata cavab verməyəcək", - adı açıqlanmayan alman naziri qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/529247.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR