Ukraynada helikopter qəzası

Ukraynanın şərqində yerləşən Kramotorsk şəhəri yaxınlığında Mi-2 helikopteri qəzaya uğrayıb.

Metbuat.az bildirir ki, nəticədə 2 sərnişin və 3 ekipaj üzvü həyatını itirib. Qəzaya səbəb kimi helikopterin elektrik naqillərə toxunması göstərilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR