Bolqarıstanda parlament seçkilərinin ilkin nəticələri açıqlanıb

Bolqarıstanda parlament seçkilərinin ilkin nəticələri açıqlanıb
23:57 26 Mart 2017
113 Dünya
Ölkə mətbuatı
A- A+

Bolqarıstanda martın 26-da  keçirilmiş növbədənkənar parlament seçkisinin ilk nəticələri məlum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ekzit-polların nəticələrinə əsasən, ilk yeri səslərin 32,8%-ni  toplayan qərbyönümlü "QERB" partiyası tutur.

İkinci yerdə Bolqarıstan Sosialist partiyası qərarlaşıb (28,4%). İlkin nəticələrə əsasən, daha 2 partiya 4 faizlik seçki baryerini keçə bilər.
 
Bolqarıstan parlamentinin 240 deputatı 4 illik müddətə seçilir. Seçkilərdə 13 partiya, 9 koalisiya, 21 təşəbbüs qrupu, ümumilikdə, 4732 namizəd iştirak edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/529256.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR