Astroloji proqnoz - 27 mart

Astroloji proqnoz - 27 mart
00:18 27 Mart 2017
191 Maraqlı
Ölkə mətbuatı
A- A+

Qoç - işgüzar və enerjilisiniz. Vacib olan məsələlərə diqqət yetirir, ikinci dərəcəlilərə əhəmiyyət vermədən və vaxt itirmədən məqsədə doğru gedirsiniz. Emosiya və həyəcanlar çox olacaq, ancaq siz onları nəzarətdə saxlayır, sağlam düşüncə ilə hərəkət edirsiniz.

- danışıqlar, istənilən məsələlərin müzakirəsi üçün münasib gündür. İnandırıcı danışırsınız, rəyinizi dinləməmək mümkün deyil. İri alış-veriş etmək, yatırımlar etmək olar. Yaxınlarınız biznesdə sizi dəstəkləməyə hazırdırlar.

Əkizlər - sakit gündür, böyük hadisələr gözləməyə dəyməz. Düzdür, bəzi Əkizlər özləri üçün problem yaratmağı bacaracaqlar. Amma eyni zamanda bunları elə özləri və çox uğurla həll edirlər. Yeni, irimiqyaslı layihələrin gerçəkləşdirilməsinə başlamaq məsləhət deyil. Onları reallaşdırmaq ilk baxışdan göründüyü kimi asan deyil.

Xərçəng - ruh yüksəkliyinizlə seçiləcəksiniz. Əhvalınız yaxşılaşır, gələcəyə nikbinliklə baxırsınız. Yaxşı təsir bağışlamaq istədiyiniz bir adamla görüşməyin əsl vaxtıdır.

Şir - işdə ciddi uğurlar qazanacaqsınız. Çox mürəkkəb məsələlərin öhdəsindən asanlıqla gələcəksiniz. Paxıllıq edənləriniz olacaq, amma zərər yetirməyə kimsənin hünəri çatmayacaq. İşgüzar ünsiyyət və nüfuzlu şəxslərlə təmaslar üçün əlverişli gündür.

Qız - hüquqi məsələlərin həlli, sənədlərin hazırlanması, dövlət orqanları ilə bağlı işlərin yoluna qoyulması ilə məşğul olmaq olar. İri məbləğdə pul ala bilərsiniz.

Tərəzi - çox şey sizin başqalarının işinə vaxtında qarışmağınızdan, birbaşa sizə aidiyyatı olmayan problemlərin həllinə girişməyinizdən asılı olacaq. Hərəkətləriniz nüfuzunuzun artmasına, ətrafdakıların rəğbətini qazanmağınıza kömək edir. Bu gün dostlaşacağınız tərəfdaşlarınız sizi yüksək qiymətləndirəcək və hörmət edəcəklər.

Əqrəb - dünyagörüşünüz artır, maraq dairəniz genişlənir. Ciddisiniz, əl atdığınız hər işdə uğur qazanırsınız. Enerjiniz azdır, axşam səhhətiniz pisləşə bilər.

Oxatan - rəhbərlik sizin ideyalarınızı dəstəkləməyə, zəhmətinizi layiqli şəkildə mükafatlandırmağa hazırdır. Maraqlı iş təklifi ala bilərsiniz, iş yerinizi dəyişmək ehtimalı da var.

Oğlaq - işgüzar təmaslar, danışıqların aparılması, yeni tərəfdaşların axtarışı üçün əlverişli gündür. Yaxşı təəssürat yaratmaq, özünüzün ən yaxşı keyfiyyətlərinizi üzə çıxarmaq üçün şansınız var.

Dolça - şəxsi məsələlərə, yaxınlarla münasibətlərə vaxt ayırmaq lazımdır. Keçmişə qayıtmaq, hərəkətləri yenidən qiymətləndirmək, baş verən hadisələrin və səhvlərin analizi ilə məşğul olmaq lazımdır.

Balıqlar - həmkarlarla fikir ayrılıqlarını aradan qaldırmaq, iş ortaqları ilə güzəştli məqamları razılaşdırmaq olar. Emosional fon yaxşıdır, çətinliklər və uğursuzluqlar əhvalı korlamır.

milli.az


Xəbərin orijinal ünvanı: http://publika.az/news/qoroskop/192596.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR