Avtobus yük maşını ilə toqquşdu - Tovuzda

Avtobus yük maşını ilə toqquşdu - Tovuzda
01:04 27 Mart 2017
130 Digər
Ölkə mətbuatı
A- A+

Bakı-Qazax magistral yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə,  hadisə yolun Tovuz rayonu Quşçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Bəkirov Məhəmməd Dursun oğlunun idarə etdiyi, Qazaxdan Bakıya sərnişin daşıyan avtobusla Tovuz rayon sakini Museybov Elman Museyb oğlunun idarə etdiyi “Jeep” markalı avtomobil toqquşub. Qəza zamanı “Jeep”in sürücüsü ağır xəsarət alaraq avtomobildə sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə FHN-nin xilasediciləri cəlb edilib. E. Museybov avtomobildən çıxarılaraq Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Məlumata görə E. Museybov keçmiş polis işçisidir.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270594

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR