Hollandiya millisinin baş məşqçisi istefaya göndərilib

Hollandiya millisinin baş məşqçisi istefaya göndərilib
02:13 27 Mart 2017
124 İdman
Ölkə mətbuatı
A- A+

Hollandiya millisinin baş məşqçisi Danni Blind istefaya göndərilib.

APA-nın xəbərinə görə, istefaya komandanın DÇ-2018-in seçmə mərhələsində uğursuz çıxışı səbəb olub.

Hazırda 5 oyundan sonar cəmi 7 xal toplayan Hollandiya yığması “A” qrupunda 4-cü yerdədir.

Komandanın baş məşqçi səlahiyyətlərini müvəqqəti olaraq Fred Qrim icra edəcək.

Qeyd edək ki, 55 yaşlı D.Blind 2015-ci ilin iyulunda baş məşqçi vəzifəsinə təyin edilmişdi.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/192597.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR