"Mauqli" həlledici döyüşə çıxır

"Mauqli" həlledici döyüşə çıxır
13:32 7 Yanvar 2015
268 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanın məşhur K-1 döyüşçüsü Zabit Səmədov Türkiyənin peşəkar rinqinin həlledici döyüşünə çıxacaq.

Trend-in məlumatına görə, fevralın 28-də İstanbulun "Sinan Erdem" arenasında baş tutacaq turnirdə 14 peşəkar döyüşçü mübarizə aparacaq. 15 min tamaşaçı tutumlu arenada günün əsas döyüşü məhz Zabit Səmədovla türkiyəli idmançı Mert Akın arasında keçiriləcək.

Azərbaycanlı idmançı daha öncə türkiyəli idmançılardan Erhan Denizi 2006-cı il dünya çempionatının yarımfinalında məğlub etmişdi, 2011-ci ildə isə Ali Cenk ilə Moskvada bərabər qalmışdı.

Qeyd edək ki, "Mauqli" ləqəbli Zabit Səmədov sonuncu döyüşünü dekabrın 29-da Tokioda yaponiyalı qara kəmər ustası, ağır çəkidə dəfələrlə K-1 yarışlarının iştirakçısı Makoto Uehara ilə keçirib. Döyüşün ilk 3 raundundan sonra hakimlər yerli idmançıya dəstək olaraq, ümumi hesabın bərabər olduğunu bildiriblər. Lakin Z.Səmədov əlavə 4-cü raund zamanı qələbəyə nail olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/317721.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR