ABŞ-da silahlı insident - 2 ölü, 2 yaralı

ABŞ-da silahlı insident - 2 ölü, 2 yaralı
03:44 27 Mart 2017
88 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Klivlend şəhərində (Ohayo ştatı) baş verən atışma nəticəsində 2 nəfər ölüb, daha 2-i yaralanıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 4 nəfərin yaralandığı bildirilirdi.

 

Məlumata əsasən, ölənlər 17 və 19 yaşlı gənclərdir. Hadisə nəticəsində xəstəxanaya çatdırılan digər iki nəfərin vəziyyəti açıqlanmır.

 

İnsidentin təfərrüatları barədə hələ ki, məlumat verilmir.

 

Ötən gün ABŞ-ın Ohayo ştatında baş verən atışma nəticəsində 1 nəfər ölüb, 16 nəfər yaralanıb. Tsintsinnati şəhərindəki “Kameo” gecə klubunda ən azı 2 nəfər klubdakı insanları atəşə tutub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270596

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR