Azərbaycan idmançısı Avropa kubokunun qalibi oldu

Azərbaycan idmançısı Avropa kubokunun qalibi oldu
04:44 27 Mart 2017
101 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan triatlon komandasının üzvü Rostislav Pevtsov İspaniyanın Las-Palmas şəhərində təşkil olunan Avropa kuboku yarışlarında qızıl medal qazanıb.

 

Lent.az-ın “azərtac”-a istinadən xəbərinə görə, təmsilçimiz 72 idmançının mübarizə apardığı kişilər arasında keçirilən triatlon yarışında 1 saat 50 dəqiqə 42 saniyə nəticə göstərərək Avropa kubokunun qalibi olub. R.Pevtsov ən yaxın izləyicisi isveçrəli Adrien Briffodu 17 saniyə qabaqlayıb. Turnirdə üçüncü yeri 1 saat 51 dəqiqə 39 saniyə nəticə ilə ispaniyalı idmançı Uxio Abuin Ares tutub.

 

Qadınların mübarizəsində isə komandamızın üzvü Kseniya Levkovskaya 2 saat 10 dəqiqə 27 saniyəlik nəticə ilə 17-ci olub.

 

Azərbaycan komandası yarışda baş məşqçi Sergey Yatsenkonun rəhbərliyi ilə təmsil olunub.

 

Qeyd edək ki, Avropa kubokundan sonra milli komandamız Las-Palmasda təlim-məşq toplanışlarında olacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270598

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR