Liviya sahillərində 1000-dən çox miqrant xilas edildi

Liviya sahillərində 1000-dən çox miqrant xilas edildi
06:08 27 Mart 2017
129 Dünya
Ölkə mətbuatı
A- A+

Şənbə günü gecəsindən bazar gününə keçən gecə Liviya sahillərində 1000-dən çox miqrant xilas edilib.

"Report"un məlumatına görə, bu barədə "Agency France Presse" "Sərhədsiz Həkimlər" və "SOS Aralıq dənizi" qeyri-hökumət təşkilatlarının nümayəndələrinə istinadən xəbər verib.

Agentliyin məlumatında qeyd olunur ki, 6 saatlıq əməliyyat ərzində qəzaya uğramış taxta gəmi və hava ilə doldurulan qayıqdakı 645 miqrant xilas edilib. "Sərhədsiz Həkimlər" humanitar təşkilatının yaydığı məlumata görə, bir neçə gün əvvəl Maltadan çıxmış yeni "Ehtiyatlılıq" gəmisinin xilasedici əməliyyatı nəticəsində daha 412 insan xilas olunub.

Agentlik martın 20-dən bu günə kimi Aralıq dənizində xilasedici gəmilərin ümumilikdə 6 mindən çox miqrantı xilas etdiyini bildirib. Beləliklə, məlum olub ki, 2017-ci ilin əvvəlindən 22 mindən çox insan Aralıq dənizi dəhlizi vasitəsilə İtaliyaya qeyri-qanuni yolla gəlməyə cəhd edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/192605.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR