Səhər yeməyini əyləncəli etmək istəyirsiniz? Milli.Az lent.az-a istinadən bibərdə yumurta reseptini təqdim edir.
Ərzaqlar:
• Rəngli dolmalıq bibər
• Yumurta
• Pendir
• Duz, istiot
Hazırlanması:
Rəngli bibərlərin içini təmizləyib yumru formada kəsin. Daha sonra içinə yumurta sındırın, pendir töküb üzərinə duz, istiot əlavə edin. İstər tavada, istərsə də sobada bişirə bilərsiniz. Nuş olsun!
Milli.Az