Qazancımız: 2 oyunda 6 xal

Qazancımız: 2 oyunda 6 xal
07:12 27 Mart 2017
117 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan gələn ay açıqlanacaq FİFA reytinqindəki xalı bəllidi. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, hazırda 380 xalla dünyanın 89-cusu olan Robert Prosineçkinin yetirmələrinin aktivi 386-ya qədər artacaq.

Buna martda keçirilən iki oyunun nəticəsi səbəb olub. Belə ki, ayın 9-da Qətərlə səfərdəki yoxlama oyununda 2:1 hesabı ilə qalib gəlib, bu gün DÇ-2018-in seçmə oyununda Almaniyaya 1:4 hesabı ilə uduzan komandamız iki matçın yekununda 6 xal əldə edib.
 
Hərçənd, aprelin 6-da açıqlanacaq siyahıda daha çox xalımız ola bilərdi. Təbii ki, millimiz Bundestimə uduzmasaydı.
 
Bərabərlik bu rəqəmi 440-a, inanılmaz görünən qələbə isə 548-ə qədər yüksəltmək imkanı verirdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/529261.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR