Aktrisa Begüm Birgören və Sarp Leventoğlunun uzun illərdən sonra yenidən bir araya gəlməsi keçmiş sevgililərlə bağlı yeni dedi-qodunun yaranmasına səbəb olub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, ötən gün İstanbulun Bebek ərazisində görüntülənən Begüm Sarpla bağlı sualları cavablandırıb.
Aktrisa 5 il sevgili olduğu Leventoğlu haqda "Sarpla aramızda özəl bir şey yoxdur. Bir-birimizi sevirik. Çox yaxşı dostlarıq" sözlərini deyib.
Milli.Az