"Bu dəfə alınmadı..."

"Bu dəfə alınmadı..."
07:42 27 Mart 2017
89 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az bildirir ki, milli komandamızın hücumçusu Ramil Şeydayev Almaniya ilə oyundan sonra (1:4) apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

- Matç haqqında nə deyə bilərsiz?

- Çox yaxşı oynadıq. Təəssüf ki, məğlub olduq. Oyunumuzu bəyəndim. Heyf ki, uduzduq. Bu gün almanlar bizdən güclü idi.
 
- Daha yaxşı nəticə üçün nə çatmadı?

- Çünki oynadığımız komanda Almaniya idi. Çox çətindi onlara qarşı çıxış etmək. Bu komanda istənilən rəqibə 3-4 qol vura bilər.
 
- Meydanı tərk edərkən sanki narazı idin. Bu, nə ilə əlaqədar idi?

- Qol vura bilmədiyim üçün narazı idim. Hücumçuyamsa,  qol vurmalıyam. Amma bu dəfə alınmadı.
 
- Növbəti oyunlardan nə gözləyirsiz? Şimali İrlandiyaya qarşı Bakıda nəsə edə bilərik?

- Əgər bugünkü kimi oynasaq, yaxşı nəticə qazana bilərik. Nəinki Şimali İrlandiyanı, Norveç və San-Marinonu da Bakıda məğlub etmək olar.
 
- Stadiona atmosfer necə idi, azarkeşlərin dəstəyini hiss etdinizmi?

- Hər şey əla idi. Azarkeşlərə təşəkkür edirəm ki, bizə dəstək oldular. Təəssüf ki, meydanı məğlub tərk etdik.
 
- Oyun gedərkən Rəşad Sadıqov sənə nəsə deyirdi...

- Məğlub vəziyyətdə ikən daha çox pressinq etməli idik. Ancaq bu, o qədər də asan deyildi. Onlarda mərkəzdəki oyunçulara qarşı oynamaq çox çətin idi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/529264.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR