Yaponiyada qar uçqunu nəticəsində 6 məktəbli həlak oldu

Yaponiyada qar uçqunu nəticəsində 6 məktəbli həlak oldu
08:13 27 Mart 2017
64 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiyanın Totiqi prefekturasının Nasu dağ xizək kurort şəhərində qar uçqunu azı altı məktəblinin ölümünə səbəb olub.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə ölkənin xilasetmə xidməti funksiyasını da yerinə yetirən yerli yanğınsöndürmə idarəsi xəbər verib.

Məlumata görə, şagirdlər Yaponiyada kliniki ölüm adlandırılan ağciyər və ürək dayanması vəziyyətindədirlər. Ağır vəziyyətdə olan məktəblilərə diaqnozu ancaq həkimlər qoya bilər, xilasedicilər yox.

Bundan başqa, yanğınsöndürmə idarəsinin məlumatına görə, təbii hadisə zamanı daha üç nəfər yaralanıb, habelə üç nəfər itkin düşüb.

Bütün kurort zonasında müxtəlif məktəblərdən təxminən 50 şagird var. Onlar dağ yürüşündə iştirak ediblər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/192611.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR