İmişlidə qeyri-adi heyvan doğuldu - FOTO

İmişlidə qeyri-adi heyvan doğuldu - FOTO
08:18 27 Mart 2017
165 Digər
Ölkə mətbuatı
A- A+

İmişli rayonunda qeyri-adi heyvan dünyaya gəlib.

Publika.az xəbər verir ki, rayonun Kürdmahmudlu kənd sakini Hacı Hüseynovun təsərrüfatında belində quyruğu olan buzov doğulub. Bir neçə gün əvvəl doğulmuş heyvanın belindəki quyruğu təxminən 20 santimetr uzunluğundadır.

Bununla yanaşı, buzovun belində dəvədə olduğu kimi iki ürgəci də var.

Heyvanın belində quyruğunun və iki ürgəcinin olması onu görənlərin marağına səbəb olub.

Qeyd edək ki, bu, H.Hüseynovun təsərrüfatında qeydə alınan ikinci qeyri-adi hadisədir. Bir müddət əvvəl onun təsərrüfatında üçbuynuzlu keçi doğulmuşdu. (Report)



Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/192609.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR