Azərbaycanda avtobus "Jeep"lə toqquşub, xəsarət alan var

Azərbaycanda avtobus "Jeep"lə toqquşub, xəsarət alan var
08:27 27 Mart 2017
120 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Qazax magistral yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə yolun Tovuz rayonu Quşçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bəkirov Məhəmməd Dursun oğlunun idarə etdiyi, Qazaxdan Bakıya sərnişin daşıyan avtobusla Tovuz rayon sakini, 1959-cu il təvəllüdlü Museybov Elman Müsəllim oğlunun idarə etdiyi "Jeep" markalı avtomobil toqquşub. Qəza zamanı "Jeep"in sürücüsü ağır xəsarət alaraq avtomobildə sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə FHN-nin xilasediciləri cəlb edilib. E. Museybov avtomobildən çıxarılaraq Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Məlumata görə, E. Museybov keçmiş polis işçisidir.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/529276.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR