Kamran Ağayevdən uğursuz ilk

Kamran Ağayevdən uğursuz ilk
08:47 27 Mart 2017
122 İdman
Ölkə mətbuatı
A- A+

Kamran Ağayev Azərbaycan millisində buraxdığı qol sayı üçrəqəmli ədədlə ifadə olunan ilk qapıçı kimi tarixə düşüb. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qolkiperin yığmada buraxdığı 100-cü qol Almaniya ilə matça təsadüf edib.

DÇ-2018-in seçmə mərhələsindəki bu görüşədək 64 dəfə milli forması geyinən Ağayev 97 top buraxmışdı. Mario Qomesin 45-ci dəqiqədə vurduğu top Bundestimin bu matçda 3-cü qolu olub. Kamran da bununla 100-ə çatıb.
 
4:1 hesabı ilə qələbə qazanan qonaqlar Ağayevi 101-ci dəfə də məyus edə biliblər.
 
Azərbaycan millisi tarixində 100 və daha çox top buraxan ilk və yeganə qapıçı olan Kamran orta hesabla hər matçda 1,554 qola üzülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/529282.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR