"Qrupdan çıxacağımıza inanırıq"

"Qrupdan çıxacağımıza inanırıq"
08:52 27 Mart 2017
81 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, millimizin hücumçusu Dəniz Yılmaz Almaniya ilə oyundan sonra sualları cavablandırıb.

- Sanki komanda yoldaşlarınla anlaşa bilmirdin...

- Xeyr, belə bir şey yoxdur. 
 
- Azərbaycan millisinə böyük ümidlərlə cəlb edilsən də, ardıcıl ikinci oyuna start heyətdə başlamadın. Bu, sənin üçün problem deyil?

- Xeyr, problem deyil. Baş məşqçi necə qərar versə, ona əməl etməliyik. O, belə düşünürsə, bunun əleyhinə çıxa bilmərəm. 
 
- Bir zamanlar Tomas Müllerlə "Bavariya"da birgə çıxış etmişdin. Oyun vaxtı aranızda dialoq oldu. Nə danışdız?

- Dəyişən bir şey yoxdur. Müller köhnə dostumdu. Yaxşı anlaşırıq. Dialoqlar eynidi, ikimiz üçün də yenidən ünsiyyətdə olmaq xoş oldu. 
 
- Millimizin bu qrupdan çıxmaq şanslarını necə dəyərləndirirsən?

- Pozitiv düşünürük. Hələ irəlidə çoxlu matçımız var. Qrupdan çıxacağımıza inanırıq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/529284.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR