"Əlimizdən bu qədəri gəldi" - Cavid Hüseynov

"Əlimizdən bu qədəri gəldi" - Cavid Hüseynov
08:52 27 Mart 2017
94 İdman
Ölkə mətbuatı
A- A+

Cavid Hüseynov DÇ-2018-in qrup mərhələsi çərçivəsində Almaniya ilə qarşılaşan millinin heyətində uzun fasilədən sonra rəsmi matça çıxıb. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yığmamızın məğlub olduğu oyundan sonra yarımmüdafiəçi "mix-zona"da sualları cavablandırıb.

- Oyunla bağlı nələri qeyd etmək istərdiniz?

- Almaniya kimi komanda ilə qarşılaşdıq. Rəqibimiz çox güclü idi. Əlimizdən gələni etdik ki, yaxşı nəticə qazanaq. Amma belə alındı. Ümidli idik ki, 1 xal qazanacağıq. Əlimizdən gələni etdik, lakin asan qollar buraxdıq.
 
- Səhvlər olmasaydı, 1 xal qazanmaq mümkün idi?

- Əlbəttə, mümkün idi. Sadəcə, rəqibimiz  çox güclü idi. Sadə oyun üslubuna üstünlük verirdilər. Vacib olan məqam isə, istədikləri vaxt hücumu müsbət sonluqla tamamlamağı bacarırlar.
 
- Uzun fasilədən sonra millinin heyətində rəsmi oyuna çıxdınız. Hansı hissləri keçirdiniz?

- Millinin formasını geyinmək hər bir futbolçu üçün, o cümlədən mənim üçün də fərx və şərəfdi. Çalışıram əlimdən gələnin yaxşısını edim və komandamıza xeyir verim.
 
- Millinin aktivində 7 xalı var və növbəti rəqibimiz Şimali İrlandiya olacaq. Həmin qarşılaşma haqda nə deyə bilərsiz?

- Qrupdan çıxmaq istəyiriksə, bizi Şimali İrlandiya ilə oyunda ancaq qələbə qane edəcək.
 
- Bu gün stadionda anşlaq idi. Atmosferi necə qiymətləndirirsiniz?

- Çox gözəl atmosfer var idi. Buna görə azarkeşlərimizə təşəkkür edirəm. Onlar komandamızı sona qədər dəstəklədilər. Bizim də əlimizdən bu qədəri gəldi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/529283.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR