Qara Qarayev: "5 qol da vursam..."

Qara Qarayev: "5 qol da vursam..."
08:57 27 Mart 2017
97 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Almaniya matçından sonra millimizin üzvü Qara Qarayev sualları cavablandırıb.

- Fikirlərinizi bölüşün oyun haqqında...

- Çətin olacağını bilirdik. Rəqibə zaman-zaman həyəcanlı anlar yaşatdıq. Bunu bacara bildiksə, daha yaxşı yerlərə layiqik.
 
- Sənə elə gəlmir ki, oyunun qırılma anı buraxdığımız ikinci qol oldu?

- Mən də elə düşünürəm. Adam paylaşa bilmədik, ona görə də qol buraxdıq. Səhv etmirəmsə, Əfran hücuma çıxanda müdafiə öz yerini tutmamışdı. İtirdik orda...
 
- Əfran özü nə dedi? Danışdız bu barədə? Nə etmək istəyirdi?

- Heç nə... Cavidə ötürmə vermək istəyirdi, o da alınmadı. Normal haldı, ancaq belə halları gözləməli idik. Daha ciddi olmalıydıq. Rəqib səhvlərdən yüz faiz yararlanan, dərhal əks-hücuma çıxan komandadı. Düşünürəm ki, bu gün bizi dəstəkləyən azarkeşlərlə daha yaxşı yerlərə gedib çata bilərik.
 
- Səni beynəlxalq oyunlarda bu dərəcədə inamlı görməmişdik, xüsusilə də topla. Bu gün nə baş verirdi? Keçidlər, fintlər baş məşqçinin tapşırığı idi, yoxsa?

- Belə deyək də, bura millidi. Burda göstərdiyimiz ən yaxşı oyunlar bizi daha yaxşı yerlərə çıxarda bilər. Millidəki oyunlarıma xüsusi hazırlaşıram. Çünki bizdən burdakı 9 milyon və xaricdəki həmyerlilərimiz nəticə tələb edirlər. Həmişə yaxşı oynamağa çalışmışam, ancaq bu gün səhvlərim çox idi.
 
- Rövnəq Abdullayev sizinlə görüşmədi?

- Xeyr.
 
- Yaxşı oynamadığını desən də, bu gün millinin heyətində iki ən yaxşı oyunçudan biri idin. Bu qədər təvazökarlıq çox deyil ki?

- Təvazökarlıq deməzdim. Bu, mənim işimdi. Çalışıram işimə vicdanla yanaşım. 5 qol da vursam, yaxşı oynadığımı düşünə bilmərəm. Əskiklərim və çatışmazlıqlarım var idi. Çalışacam ki, onu da düzəldim.
 
- Qara, forma dəyişmədin?

- Xedira ilə dəyişdim. Bu da normaldı, televiziyadan izlədiyimiz oyunçudu.
 
- Bu görüşdə yanında Almeyda olsaydı, daha yaxşı olardımı sənin üçün?

- Bu cür suallarla oyundakı digər yoldaşların haqqına girmiş olarıq. Çünki Rahid də, Cavid də bacardıqlarından da artıq mübarizə apardılar. Ancaq ümumilikdə götürəndə, Riçard milli komandanı gücləndirə biləcək oyunçudu.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/529287.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR