Kamran Ağayev: "Oyundan əvvəl bizi qıcıqlandıran məqamlardan biri də..."

Kamran Ağayev: "Oyundan əvvəl bizi qıcıqlandıran məqamlardan biri də..."
08:57 27 Mart 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Almaniya ilə oyunda 90 dəqiqə millinin qapısını qoruyan və 4 top buraxan Kamran Ağayev "mix-zona"da sualları cavablandırıb.

- Oyuna hazır idiniz?

- Oyuna tam hazır olmadığımı deyə bilmərəm. Uzun müddəti idi oynamasam da, məşqlər edirdim. Buraxdığım qollara gəldikdə, qapıda dayanmısansa, hər şeyi etməlisən. Amma rəqibimiz güclü, peşəkar komandadı. Adi epizodlarda qollar buraxsaq da, əsad odur ki, futbol oynamağa çalışdıq. Belə olmaya da bilərdi. Əksinə, betər hesab da qeydə alına bilərdi. Təsir edən məqamlar vardı. Biz almanlar qədər peşəkar, hazır komanda deyilik. Reallığı unutmamalıyıq. Bizə xalqın, azarkeşlərin dəstəyi güc verir. Bu gün onu görmədik. Niyə görmədik? Sosial şəbəkələrdən istifadə etmirəm. Ancaq orda yazılanları eşitdikdə, qıcıq yaradır. Biz də bilirdik ki, Almanlar oyunun favoritidirlər. Amma bu gün onlara qarşı Azərbaycan millisi oynayırdı. Qapıda Kamran dayandı, ya başqası fərqi yoxdu. Vacib olan bir-birimizə güvənmək idi. Oyundan əvvəl bizi qıcıqlandıran məqamlardan biri də "6 dənə vuracaqlar, 7 dənə vuracaqlar" atmacaları idi. Onlar nə 6-nı, nə də 7-ni vurdular. Nə də bizi "döydülər". Çalışdıq, futbolumuzu oynayaq. Müəyyən səhvlərdən uduzduq. Nəticənin bu cür olması yaxşı deyildi.
 
- Amma tribunadakı vəziyyət başqa nüanslardan xəbər verirdi. 90 dəqiqə azarkeşlər susmadılr, komandamızı dəstəklədilər...

- Oyundan əvvəl yazılan şərhlərə münasibət bildirdim. Buna görə heç kimi qınamıram. Ölkəmizdə 9 milyon insan yaşayır. Hər bölgəmizi təmsil edən insanlar var sosial şəbəkələrdə.
 
- Buraxdığımız ikinci qolda imkanınız olsaydı, Əfran İsmayılova nə deyərdiniz?

- Bu, artıq fəlsəfədi. Futbolda səhv edən yoxdu, hamı səhvə yol verir. Bizim Əfranla hansısa qəsdi-qərəzimiz yoxdu. İnanıram ki, gələcəkdə belə səhv etməyəcək. 11 nəfər yox, düşərgəmizdə 24 futbolçu yer alırdı. Eyni zamanda, milliyə dəvət almayan oyunçularımız da oldu ki, onların da hamısı qələbə üçün mübarizə aparıblar hər zaman.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/529285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR