GUAM formatında görüş keçirəcək

GUAM formatında görüş keçirəcək
09:08 27 Mart 2017
101 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova GUAM formatında görüş keçirəcək.

"Report"un məlumatına görə, bu barədə Ukrayna Nazirlər Kabinetinin mətbuat xidməti xəbər yayıb.

Birliyin toplantısında Azərbaycanı baş nazirin müavini İsmət Abasov, Gürcüstanı baş nazir Georgi Kvirikaşvili, Moldovanı hökumət rəhbəri Pavel Filip və Ukraynanı baş nazir Vladimir Qroysman təmsil edəcək.

İştirakçılar müzakirələrin birinci mərhələsində GUAM-ın azad ticarət zonasının perspektivlərini nəzərdən keçirəcəklər. Danışıqların ikinci mərhələdə isə birliyin nəqliyyat dəhlizinin yaradılması diqqət mərkəzində olacaq.

Xəbərdə bildirilir ki, səhər keçiriləcək iclasdan sonra danışıqların iştirakçıları biznes-foruma da baş çəkəcəklər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/192618.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR