Mikroavtobus tərəfindən vurulan piyada özünü günahlandırdı - FOTO

Mikroavtobus tərəfindən vurulan piyada özünü günahlandırdı - FOTO
09:22 27 Mart 2017
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran rayonunda piyadanın xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının Qumbaşı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Astara istiqamətində hərəkətdə olan "Ford" markalı "99 KD 464" dövlət qeydiyyat nişanlı mikroavtobus yolu keçmək istəyən Masallı rayonu, Qızılağac kənd sakini, 51 yaşlı Quliyev Salman Yadigar oğlunu vurub. Sürücü yaralını dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirib.
Sol baldır sümüklərinin yerdəyişən qapalı, qəlpəli sınıqları diaqnozu qoyulan S.Quliyev əməliyyata hazırlanıb. Yaralının vəziyyəti orta ağır qiymətləndirilir. 

Qeyd edək ki, o, hadisənin baş verməsində özünü günahkar bilib və yolu keçmək istəyərkən sürücünü çaşdırdığını söyləyib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/529290.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR