Avtobus çaya aşdı: 10 ölü, 25 yaralı

Avtobus çaya aşdı: 10 ölü, 25 yaralı
09:47 27 Mart 2017
108 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistanın Manipur ştatında avtobusun yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində azı 10 nəfər ölüb, 25 nəfər yaralanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, insident gecə saat 3 radələrində baş verib. İmphal-Dimapur şossesi ilə hərəkət edən avtobus idarəetməni itirərək çaya düşüb.

Qəzanın səbəbləri hələ məlum deyil. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Xəstəxanadan veilən məlumata görə, yaralıların vəziyyətləri ağır olduğundan sayının artacağı gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/529312.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR