Azərbaycan çempionatında son tur: Qızıl medal kimin olacaq?

Azərbaycan çempionatında son tur: Qızıl medal kimin olacaq?
09:52 27 Mart 2017
113 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 2016/2017 mövsümünə yekun vurulacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, çempionatın son oyun günündə 2 qarşılaşma baş tutacaq.

Öncə meydana "Lokomotiv"lə "Telekom" çıxacaq. Görüşdə sensasiya gözlənilmir. "Rabitəçilər" istənilən hesablı qələbə sayəsində çempionluqlarını rəsmiləşdirəcəklər.
 
Bu oyunda qeydə alınacaq hesab "Azəryol" - "Azərreyl" matçına da təsir edəcək. Çünki "Telekom" qalib gəldikdən sonra matçın hansısa əhəmiyyəti qalmayacaq. "Dəmiryolçular" gümüş, rəqibləri bürünclə kifayətlənəcəklər. Əgər "Lokomotiv" sensasiyaya imza atarsa, "Azərreyl" qələbə sayəsində titulunu qoruyacaq. 
 
27 mart
16:00. "Lokomotiv" - "Telekom"
"Azərreyl" Voleybol Bazası
 
I dövrə: "Telekom" - "Lokomotiv" - 3:0 (25:15; 25:11; 25:19)
II dövrə: "Lokomotiv" - "Telekom" - 1:3 (25:23, 19:25, 20:25, 13:25)
III dövrə: "Telekom" - "Lokomotiv" - 3:0 (25:15, 25:10, 25:19)
 
 18:00. "Azərreyl" - "Azəryol"
"Azərreyl" Voleybol Bazası
 
I dövrə: "Azəryol" - "Azərreyl" - 2:3 (14:25; 25:19; 10:25; 28:26; 16:18)
II dövrə: "Azərreyl" - "Azəryol" - 3:0 (25:22, 29:27, 25:20)
III dövrə: "Azəryol" - "Azərreyl" - 0:3 (19:25, 13:25, 21:25)

Komanda

O

Q

M

S/F

T/F

X

Telekom

15

13

2

41-18

1380-1105

36

Azərreyl

15

12

3

42-14

1295-990

37

Azəryol

15

9

6

33-18

1156-976

28

Lokomotiv

15

4

11

14-35

882-1133

12

Gürcüstan

16

0

16

3-48

754-1263

0

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/529308.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR