Daban çatlarından xilas olmağın ən sadə üsulları

Daban çatları bir çox insanın probleminə çevrilib. Xüsusilə, bu problemdən xanımlar əziyyət çəkir.

Metbuat.az bildirir ki, evinizdə olan bir neçə məhsulla daban çatlarından xilas ola bilərsiniz. Bunun üçün gül suyu köməyinizə çatacaq. İstədiyiniz miqdarda gül suyu və nəmləndirici kremi bir qabda qarışdırın. Daban çatlarınızın olduğu bölgəyə sürtün. Bu qarışımı gecə yatmazdan əvvəl tətbiq edin və ayaqlarınıza corab geyinin.

Digər bir üsul isə kakao yağı ilə masajdır. Kakao yağını acı badam yağı ilə qarışdırın. Problemli hissəyə tətbiq edin.

Dərimizə faydaları saymaqla bitməyən məhsullardan biri də zeytun yağıdır. Zeytun yağını dabanınızın çatlayan hissələrinə tətbiq edin. Prosesi çatlardan xilas olana qədər davam etdirin.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR