"İnvertor tipli soyuducular - davamlı, səssiz, qənaətcil"

"İnvertor tipli soyuducular - davamlı, səssiz, qənaətcil"
10:05 27 Mart 2017
Ölkə mətbuatı
A- A+

Ənənəvi sıravi kompressorlu soyuducuları üç sözlə təsvir etmək olar - qoşulma, işləmə, sönmə. Başqa sözlə desək, soyuducu işə düşməlidir, kameranı soyutmaq üçün maksimum həddə çatmalıdır və sönməlidir. Yadınızdadır, uşaqlıqda valideynlərimiz, soyuducunun qapısını tez-tez açmamağı xahiş edirdilər, bunu ona görə deyirdilər ki, hər dəfəsində soyuducu dövrəni yenidən başlayırdı və əlavə enerji sərfiyyatı edirdi. Siravı kompressorlu soyuducuların əvəzinə, Samsung, elektrik enerjisinə qənaət edən invertor tipli soyuducuları təklif edir. İnvertor kompressorunun işləmə prinsipini daha aydın və əyləncəli surətdə Samsung kampaniyasının YouTube kanalında yerləşən çarx təsvir edir.

Yeni nəsil Samsung soyuducularında rəqəmsal invertor texnologiyasından istifadə edilir.

Belə texnologiya kompressorun sürətini, soyutmanın bütün 7 səviyyəsində tənzim edir. İnvertor kompressoru axarlı və bir vəzndə işləyir, sıçrayışsız və nəticədə az enerji sərf edir. Yəni, çoxlu elektrik enerjisi tələb edən, qəfil sönmə-yanma baş vermir. Samsung kampaniyasının araşdırmasının nəticələri göstərir ki, bu texnologiya TMF (üst buzxanalı) tipli soyuducularda 29%, BMF (alt buzxanalı) tiplilərdə isə 24% enerji sərfiyyatını azaldır.

Ənənəvi soyuducularda sönmə-yanma fazasında adət etdiyimiz "çıqqıltı" xasdır, soyuducunun işləmə prinsipi də "səs küylüdür", amma invertor tipli soyuducular onlarda fərqli olaraq "səssiz" işəyirlər. Eyni zamanda rəqəmsal invertor texnologiya sahəsində Samsung soyuducuları köhnəlməyə daha davamlıdırlar, bu da, öz növbəsində, onların istismar müddətini uzadır.

Effektiv enerji sərfiyyatından əlavə Samsung soyuducuları bir çox faydalı funksiya ilə təchiz olunublar. Misal üçün, bu "ağıllı soyutma sistemi" sahəsində həmişə təzə ərzaq deməkdir. İrəli çəkilən "Easy Slide" rəfinin köməyi ilə isə bütün ərzaqlar əliniz altında olacaq - soyuducunun arxa divarına yaxın olsalar da belə.

Samsung soyuducularının əlavə imkanları haqda məlumatı Baku Electronics, Kontakt Home və Maxi.az mağazalar şəbəkəsindən ala bilərsiniz.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/529231.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR