Tramp Ağ Evdə yeni idarə açır, kürəkəni də rəhbər təyin edir

Tramp Ağ Evdə yeni idarə açır, kürəkəni də rəhbər təyin edir
10:05 27 Mart 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp bazar ertəsi Ağ Evdə geniş səlahiyyətlərə malik yeni idarənin yaradılması barədə elan etməyi planlaşdırır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Washington Post" həmin idarənin rəhbəri vəzifəsinə Trampın müşaviri və kürəkəni Cared Kuşnerin təyin ediləcəyi barədə yazıb.

Yeni yaradılan idarənin vəzifələrinə federal bürokratik sistemin işinə nəzarət edilməsi və Trampın seçkiöncəsi verdiyi əsas vədlərin yerinə yetirilməsi üzrə işlərin aparılması aid olacaq.

İdarənin işçi ştatına gəlincə, məlumata görə, sabiq kommersiya rəhbərləri burada çalışacaqlar. Onların bir nömrəli vəzifəsi isə hökumətin işini yeni ideyalarla zənginləşdirmək olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/529314.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR