“Azərbaycana qarşı əsl oyunumuzu göstərə bilmədik”

“Azərbaycana qarşı əsl oyunumuzu göstərə bilmədik”
10:27 27 Mart 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanla görüşdə çoxlu səhvlərə yol verdik. Bu gün əsl oyunumuzu göstərə bilmədik.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Almaniya yığmasının yarımmüdafiəçisi Andre Şürrle deyib.

Dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə üz-üzə gələn Yoahim Lövün yetirmələri növbəti qələbələrini qazanaraq (4:1), liderliklərini davam etdiriblər.
 
Bundestimin heyətində görüşün ən yaxşısı olan Şürrle bu qalibiyyətə baxmayaraq, baxımlı oyun ortaya qoya bilmədiklərini düşünür: "Bizim üçün ağır oyun oldu. Asan qələbə qazandığımızı düşünmürəm, burada çətinliklə üzləşdik. Çox sayda fərdi səhvlərə yol verdik. Ötürmələrdəki dəqiqlik sayından razı qala bilmərik. Əsas anlarda düzgün addım ata bilmirdik".
 
Qarşılaşmada 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan Dortmund "Borussiya"sının üzvü yığmada özünü rahat hiss etdiyini söyləyib: "Baş məşqçinin mənə etimad göstərməsinə çox sevindim. Onun inamını doğrultmaq və azarkeşləri sevindirmək üçün əlimdən gələni etdim. Bu komandada özümü çox rahat hiss edirəm. Düşünürəm ki, bu amil özüməinamı geri qaytarmağa kömək edəcək. İndi Dortmunda yüksək əhval-ruhiyyədə qayıdıram".
 
Qeyd edək ki, Almaniya yığması seçmə mərhələnin C qrupunda 5 matçdan sonra 15 xalla liderliyini davam etdirir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/529322.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR