Futbolçuları aparan təyyarə İrəvanda məcburi eniş etdi

Futbolçuları aparan təyyarə İrəvanda məcburi eniş etdi
10:47 27 Mart 2017
84 İdman
Ölkə mətbuatı
A- A+

Qazaxıstanın milli komandasının olduğu təyyarə martın 27-də səhər saatlarında İrəvanda məcburi eniş edib.


Bunu qazaxıstanlı jurnalist Yerbol Kairov "Twitter" səhifəsində yazıb.


O qeyd edib ki, təyyarə Yerevan hava limanından havaya qalxdıqdan az sonra təcili eniş edib. Buna səbəb kimi təyyarənin şassilərinin nasaz olması göstərilib.


Qeyd edək ki, Qazaxıstanın milli komandası 2018-ci il Dünya çempionatının seçmə qrup mərhələsində növbəti oyunda Yerevanda Ermənistan yığmasına 0:2 hesabı ilə uduzub. (report)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-futbolcular-aparan-tyyar-rvanda-mcburi-eni-etdi-t57150.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR