Bəhreyndə 14 terrorçu ələ keçirildi

Bəhreyndə İranla əlaqəli olduğu ehtimal edilən terrorçu qrup zərərsizləşdirilib.

Metbuat.az bildirir ki, ölkədə dövlət məmurlarına sui-qəsd planı hazırlamaqda ittiham olunan 14 nəfərdən ibarət dəstə ələ keçirilib. Terrorçuların İrandakı müəyyən qaynaqlar tərəfindən maliyyələşdirildiyi, oradan verilən təlimatlarla hərəkət etdikləri qeyd olunub. Onlardan hamısının müxtəlif terror təşkilatlarında xüsusi hazırlıq keçdikləri də vurğulanıb.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR