"İsgəndər" raketi Bakıya doğru yönələrsə...

Ermənistan tərəfi bir neçə gündür cəbhə bölgəsində hərbi təlimlərə başlayıb.

Bildiyimiz kimi, bir müddət əvvəl prezident Serj Sarkisyan vəziyyət gərginləşərsə, "İsgəndər" raketlərindən istifadə edəcəkləri barədə açıqlama vermişdi.

Bununla bağlı Metbuat.az-a açıqlama verən ehtiyyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Ermənistan tərəfi son günlər təmas xəttinə yaxın ərazilərdə hərbi təlimlər keçirməklə, daxildəki gərginliyi azaltmaq istəyir:

“Belə bəyanatların verilməsi gözləniləndir. Ermənistanın siyasi və hərbi rəhbərliyi öz hakimiyyətini qorumağa çalışır. Ona görə də, Serj Sarkisyan əyninə hərbi forma geyinib, Azərbaycanın işğal olmuş ərazilərində bəyanatlar səsləndirir. Azərbaycan Xarici İşlər Nazirliyi ən azından bu həyasızın ağzından vurmalıdır. Azərbaycan heç nə və heç kimdən qorxmur. Bizim çatmaq istədiyimiz hədəf Qarabağ və ətraf rayonların işğaldan azad olunmasıdır”.

Ekspert əlavə etdi ki, "İsgəndər" raketi Bakıya doğru yönələrsə, bir neçə saniyədən sonra Ermənistanın mərkəzi və strateji obyektləri yer üzündən silinəcək:

“Bu ağılsız hərəkətə görə məsuliyyət yenə də Ermənistan tərəfinin üzərində olacaq. Azərbaycan Ermənistan ərazisi ilə bağlı heç vaxt iddia səsləndirməyib. Ötən ilin aprel ayında uğursuzluğa məruz qalan Serj Sarkisyan çalışır ki, aprelə qədər Talış, Lələtəpə, Cocuq Mərcanlı istiqamətində itirilən əraziləri geri qaytarsın. Bu barədə söz verdiyi üçün belə bəyanatlar səsləndirir. Bu, baş tutan deyil".

Üzeyir Cəfərov əlavə edib ki, aktiv döyüş əməliyyatları istənilən an başlaya bilər:

"Ermənistanın daxilində sabiq prezident Levon Terpetrosyan, Robert Köçəryanın, o cümlədən keçmiş xarici işlər naziri Vardan Oskanyanın və müdafiə naziri Seyran Ohanyanın seçki bloku Ermənistanın hazırki rəhbərliyinə çox ciddi problemlər yaradır. Ona görə də, cəbhədə vəziyyəti gərginləşdirməklə Ermənistan tərəfi öz məqsədinə çatmaq istəyir. Hər halda, Azərbaycan heç nədən çəkinmədən öz işini görməlidir. Ordumuzun döyüş hzırlığını gücləndirməliyik. Bununla bağlı Azərbaycanın Müdafiə Nazirliyi nə lazımdırsa edir”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR