Almanlara məğlubiyyət turnir cədvəlində yerimizi dəyişdi

Almanlara məğlubiyyət turnir cədvəlində yerimizi dəyişdi
11:17 27 Mart 2017
95 İdman
Ölkə mətbuatı
A- A+

Dünən keçirilən oyunlardan sonra millimizin yer aldığı C qrupunda bir yerdəyişmə olub.


Fanat.Az xəbər verir ki, millimizin Bakıda Almaniyaya məğlub olduğu dəqiqələrdə Çexiya da səfərdə San-Marinonun daşını daş üstünə qoymayıb. "Cırtdanlar"ın qapısından 6 cavabsız qol keçirən çexlər qrupdakı xallarının sayını 8-ə çatdırıb. Bununla Çexiya qrupda bizi qabaqlayıb. Belə ki, San-Marino və Norveçi məğlub edən, Çexiya ilə bərabərə qaldıqdan sonra ardıcıl iki oyunda uduzan millimizin aktivində 7 xal var.


Şimali İrlandiyadan 4 cavabsız qol buraxan komandamızın almanlarla oyunda da topu 4 dəfə tordan çıxarması diqqət çəkən məqamdı. Halbuki ilk 4 qarşılaşmadan sonra qapımızdan top buraxmadığımızla öyünürdük.


Bakıda Şimali İrlandiya keçirəcəyimiz oyun bizim üçün əsl final əhəmiyyəti daşıyacaq. İyunun 10-da Şimali İrlandiyanı Bakıdan xalsız yola sala bilməsək, qrup ikinciliyi arzusunun da üzərindən xətt çəkə bilmərik. Məğlubiyyət 3-cü pilləni belə bizim üçün əlçatmaz edə bilər. Çünki dünən San-Marinonun qapısından 6 top keçirən çexlər qrupda iddialarından əl çəkmək fikrində olmadıqlarını ortaya qoydular.


Hazırda C qrupunda vəziyyət belədir: Almaniya - 15, Şimali İrlandiya - 10, Çexiya - 8, Azərbaycan - 7, Norveç - 3, San-Marino - 0.


Növbəti oyunlar iyunun 10-da keçiriləcək: Azərbaycan - Şimali İrlandiya, Almaniya - San-Marino, Norveç-Çexiya.


1. Almaniya 5 5 0 0 20:1 15

2. Şimali İrlandiya 5 3 1 1 10:2 10

3. Çexiya 5 2 2 1 8:4 8

4. Azərbaycan 5 2 1 2 3:8 7

5. Norveç 5 1 0 4 5:9 3

6. San Marino 5 0 0 5 1:23 0


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-almanlara-mlubiyyt-turnir-cdvlind-yerimizi-dyidi-t57151.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR