"Sovetski"də tarixi hamam sökülür

Bakı şəhərinin Baş Planına uyğun olaraq, 2014-cü ildən dövlət əhəmiyyətli yollar və digər kommunikasiya xəttlərinin çəkilməsi ilə əlaqədar "Sovetski"də yaşayan əhalinin köçürülməsi və köhnə evlərin sökülmə işlərinə başlanılıb.

Metbuat.az xəbər verir ki, söküntü zamanı "Sovetski"də yerləşən 118 tarixi abidəyə toxunulmayacaq. Bu siyahıya əhəmiyyətinə görə ikinci dərəcəli hesab edilən təqribən 30-a yaxın bina da daxildir.

Son zamanlar isə sosial şəbəkələrdə Bakının "Sovetski" məhəlləsində, Dilarə Əliyeva 114 ünvanında yerləşən XIX əsrə aid hamamın söküləcəyi barədə məlumat yayılıb. Qeyd edək ki, hamam 1897-ci ilin 13 yanvarında istifadəyə verilib.

Əməkdaşlarımız sözügedən ərazidə olarkən, tarixi hamamın həqiqətən də söküntü üçün hasarlandığının şahidi olublar.

Məsələ ilə bağlı açıqlama verən Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Gülşən Hüseynova bildirib ki, tarixi hamam həqitən də söküntü üçün hasarlanıb:

“Yayılan məlumatlar doğrudur, hamam sökünüt üçün hasara alınıb. Amma hələ ki, onun yerində inşa olunacaq obyekt bəlli deyil. Tezliklə bu barədə ətarflı məlumat verəcəyik.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR