Afrika ölkəsində silsilə terror aktları

Malidə üç ayrı bölgədə eyni vaxtda həyata keçirilən silahlı hücumlarda 6 nəfər həyatını itirib.

Metbuat.az bildirir ki, təhlükəsizlik qüvvələri ölkənin cənubunda yerləşən Almustarat bölbəsinə ordunun idarə obyektlərinə edilən hücumlar zamanı 3 əsgərin öldüyünü, 4-nün isə yaralandığını qeyd edib. Silahlı şəxslərin Uelessebuqu əyalətindəki gömrük məntəqəsinə hücumu zamanı 2 gömrük işçisi həyatını itirib, 1 nəfər isə yaralanıb.

Silahlıların şəxsiyyəti açıqlanmayıb.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR