"Boavişta"ya lazım olmayan Ağayev

"Boavişta"ya lazım olmayan Ağayev
11:37 27 Mart 2017
116 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin legioner karyerası 13 oyundan ibarət olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Portuqaliya "Boavişta"sına lazım olmayan qolkiper bu klubun heyətində 12 çempionat və 1 kubok görüşünə çıxıb.

Ötən il sentyabrın 12-də bu komanda ilə rəsmi müqavilə imzalayan Ağayevin klubsuz qalmasını dünən millimizin baş məşqçisi Robert Prosineçki açıqlayıb.
 
195 günlük Portuqaliya macərası müddətində 15 top buraxan qapıçı 1 dəfə kubokda, 14 dəfə çempionatda üzülüb. 4 quru oyunu da sonuncu turnirə təsadüf edib.
 
Maraqlıdı ki, onun ilk və son matçı Portuqaliya nəhənglərindən 3 qol buraxmaqla əlamətdar olub. Ötən il sentyabrın 23-də səfərdə "Porto"ya 1:3 hesablı yenilgidə qapısını lazımınca qoruya bilməyən Kamran yanvarın 14-də "Benfika" səfərində də eyni sayda top buraxıb - 3:3. Bu iki səfər matçından sonuncusu qolkiper üçün legioneri həyatıənın da axırı olub.
 
Özü də əsas heyətdən kənar düşən qolkiper öncə meydandan qovulub. O, 90+7-ci dəqiqədə ikinci sarı vərəqə ilə "qırmızı" alıb. Həmin matçdan sonra isə futbolçumuza inam itib. Bu oyundan başqa isə Kamran kubokda 1, çempionatda 3 dəfə sarı vərəqəylə cəzalanıb.
 
Qeyd edək ki, Ağayev millidə 65 matçda 101 qol buraxıb və "100"ü keçən ilk qapıçı olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/529345.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR